Birlikdə çalışmaq

Biz uzun müddətə söykənən biznes ilə məşğul olduğumuzdan, işçilərimiz, müştərilərimiz, hökumət və qeyri-hökumət təşkilatları ilə uzun yol qət edirik. Öz hədəflərimizi yerinə yetirmək, o cümlədən özümüz və müştərilərimiz üçün dayanaqlı biznes yaratmaq üçün biz iki növ problemi həll etməyə çalışırıq: bütün dünyanın qarşılaşdığı problemlər və yalnız bizim biznesimizə aid problemlər.

Dünya miqyaslı problemlər yaşayış səviyyəsi, iqlim dəyişikliyi, nəqliyyat həcminin artması, enerjiyə olan tələbat, urbanizasiya, meşələrin qırılması, təbii sərvətlərə çıxış məsələləri ilə bağlı ola bilər.

Bizneslə bağlı yaşanan problemlər layihələrin dayanıqlığı, müştərinin məmnunluğu, xərclərin azalması, etika və müvafiqlik, işçi heyətinin təkmiləşdirilməsi ilə bağlı ola bilər. Biz bu problemlərin həllinə yönəlmiş yenilikləri tətbiq etmək üçün partnyor şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk.

Bizim əsas mövqemiz müştərilərimizin məmnunluğudur. Müştərilərimizin məmnunluğunu təmin etmək məqsədilə öz komandamız vasitəsilə müştərilərimizin mövqeyini araşdırırıq. Şirkətimizin birbaşa olaraq müştərilərinin gözləntilərini qarşılayan və əməkdaşlıq prinsiplərimizi özündə əks etdirən strategiya və proqramları var. Bu proqramlar qarşıya qoyulan hədəflərə çatmaq üçün birgə əməkdaşlığın vacibliyini nümayiş etdirən biznes dəyərlərini və mövqeyimizi əks etdirir.