Karyera imkanları

Şirkətin inkişafı məqsədilə müxtəlif istiqamətli və iri miqyaslı layihələrin reallaşdırılması zamanı peşəkar işçilərə ehtiyac duyulur.

Fəaliyyət göstərdiyimiz sahələrin genişləndirilməsi və biznesimizin inkişaf etdirilməsi əməkdaşlarımız üçün  karyera imkanlarının yaradılmasının əsas göstəricisidir. Peşəkarlardan ibarət komandanın yaradılması üzərimizə götürdüyümüz əsas öhdəliklərdən biridir.

Biznes strategiyamız işçilərimizin müxtəlif istiqamətlər üzrə inkişafında daha tez nəticələr əldə etməyə kömək edir.

Təcrübədə müşahidə olunan karyera nailiyyətləri:

  • Biznesimizin əhatə dairəsi və miqyası işçilərimizin müxtəlif sahələr üzrə inkişafına təminat verir.
  • Korporasiya hər bir əməkdaşına fəaliyyəti, əldə etdiyi nailiyyətlər və perspektivlər haqqında rəhbərlərlə müzakirələr aparmağa imkan yaradır. Beləliklə, işçilər arasında motivasiya üçün şərait yaradırıq.
  • Geniş miqyaslı rəsmi və qeyri-rəsmi təlim imkanları (o cümlədən iş zamanı aparılan təlimlər, peşəkar və texniki kvalifikasiyalar və idarəetmə təlimləri), eləcə də, iş zamanı əldə olunan təcrübə hər bir kəsə öz bacarıqlarını tam göstərmək imkanı yaradır.

Təqdim etdiyimiz imkanlar üzrə davamlı olaraq şirkət daxilində sorğu keçirir və biznes üzrə əldə olunan nailiyyətləri səmərəli şəkildə təşviq etmə prosesinə nəzarət edirik.