Biz nə edirik

Uğurlu layihələrin icrasının reallaşdırılması və hal-hazırda da bu sahədə işlərin davam etdirilməsi bizim fəaliyyətimizin mərkəzində dayanır. Yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin, infrastruktur layihələrinin tikintisi bizim iqtisadi və sosial fəaliyyətimizin əsas məğzini təşkil edir. 10 illik təcrübəyə malik olan şirkətimiz işləri yüksək keyfiyyət, təhlükəsizlik və texniki tələblərə müvafiq olaraq həyata keçirməklə müştərilər və ictimaiyyət ilə nümunəvi əməkdaşlıq nümayiş etdirir.

Bizim missiyamız infrastruktur, sənaye, neft və qaz, yanacaq və daşınmaz əmlak tikintisi üzrə mühüm işləri həyata keçirmək, həmçinin tikinti materiallarının istehsalı ilə yeni ətraf aləm yaratmaq və bunun üçün ən yaxşı resursları təmərküzləşdirmək, bu imkanları Akkord brendi adı altında birləşdirməkdən ibarətdir.

Bizim ali məqsədimiz qlobal miqyasda dayanıqlı güvənə və yüksək etibara malik tikinti, mühəndislik, istehsal işini təşkil etmək, davamlı yüksəliş və gənc nəsillər üçün təsdiqlənmiş irs təmin etməkdir.