Sosial məsuliyyət

Biz Azərbaycanda yerli ictimaiyyət ilə sıx əlaqədə fəaliyyət göstəririk. İnsanların yüksək həyat səviyyəsinin təmin edilməsi Korporasiyanın əsas prioritetlərindən biridir.

“Akkord” öz fəaliyyətini ölkəyə, işçi heyətinə və cəmiyyətə fayda verməyə yönəltməklə Korporativ Sosial Məsuliyyət Siyasətini yürüdən aparıcı və nümunəvi şirkətlərdən biridir. Eyni zamanda, Korporasiya işçi heyətinin iş və həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görməklə, yardıma möhtac insanlara dəstək olmaqla yanaşı cəmiyyətimizin elm, təhsil, mədəniyyət, media və idman kimi sahələrin inkişafına öz töhfəsini verməkdədir.

Qlobal təhlükəsizlik prinsiplərimiz

Biz qlobal təhlükəsizlik üzrə əsas prinsiplərimizi hazırlamışıq. Bu prinsiplər fəaliyyətimizdən irəli gələn bədbəxt hadisələrin, xəsarət hallarının və digər potensial hadisələrin araşdırılmasından sonra hazırlanmışdır.

  • Bütün işçilərə;
  • Şirkətimizlə birlikdə yaradılmış birgə müəssisənin işçilərinə;
  • Şirkət tərəfindən nəzarət edilən ərazilərdə subpodratçıların işçi heyətinə və ya həmin əraziyə gələn qonaqlara.