Akkord ailəsinin üzvü olmanın üstünlükləri

  • Dəyərlərimizi gündəlik fəaliyyətimizdə görə bilərsiniz

Biz hər zaman işçilərimizin yanındayıq. Biz, şirkətimizin əsas uğur simvolu hesab etdiyimiz və fəaliyyət standartlarımızı onunla müəyyənləşdirdiyimiz öz ənənə və dəyərlərimizlə hər zaman fəxr edirik.

  • Üfüqünüzü genişləndirəcəksiniz

Akkord Korporasiyası çoxsahəli və daimi inkişafda olan şirkətdir. Biz Azərbaycan daxilində, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Türkiyə və digər regional ölkələrdə dinamik və innovativ fəaliyyət göstəririk. Tikinti, dizayn, layihələrin idarəedilməsi, istehsalat, nəqliyyat, satış və s. istiqamətlər üzrə fəaliyyətimiz marağınıza səbəb olacaqdır və siz öz maraq dairənizi bizdə tapacaqsınız.

  • Mövcud imkanlarımız potensialınızı göstərməyinizə yardımçı olacaqdır

Biz inanırıq ki, şirkətimizin inkişaf dinamikasını əməkdaşlarımızın inkişafı ilə düz mütənasibləşdirərək, komandamızı istedadlı insanlardan təşkil edib, onların bilik və bacarıqlarının inkişafına kömək edib şirkətimizin uğurlu yolla iddialı irəliləməsini təmin edirik. Vəzifəsindən asılı olmayaraq biz bütün əməkdaşlarımızı daima diqqətdə saxlayırıq və onlara istedad çərçivələrini genişləndirməkdə köməklik göstəririk

  • Hər bir əməkdaşımızın fikri bizim üçün çox dəyərlidir

Biz ikitərəfli (göndərən-qəbul edən) kommunikasiyanın səmərəli olacağına inanırıq və hər bir əməkdaşımızın rahat şəkildə fikir və görüşlərini bölüşməsini  istəyirik. Belə ki, siz, təşkil olunan işgüzar brifinqlərdə sizi maraqlandıran məsələlər ilə əlaqədar suallara şirkətimizin mütəxəssislərindən cavab tapılması imkanı əldə edirsiniz. Bundan əlavə, işçilər arasında keçirilən sorğu yolu ilə görülən işləri qiymətləndirə bilirsiniz. Əgər, daha səmərəli təklifiniz varsa, bu bizim tərəfimizdən mütləq qiymətləndirilir.

  • Bizim komandamızın üzvü olmaqla siz təhlükəsiz, məsuliyyətli və şəffaf karyera qurma imkanı əldə edəcəksiniz

Gördüyümüz işlərin insanlara və ətraf mühitə təsir göstərdiyini bilirik. Təhlükəsizlik, məsuliyyətlilik və şəffaflıq… bizim fəaliyyətimizin və ənənələrimizin təməl daşıdır. İşimizin etik şəkildə və standartlara uyğun təşkil edilməsi bizim uğurlarımızın açarıdır və bu bizə məqsədlərimizi qiymətləndirməyə, iqtisadi baxımdan məsuliyyətli olmağa,işçilərimiz üçün təhlükəsiz iş şəraiti yaratmağımıza  və ətraf mühiti qorumağa imkan verir.

  • Siz bizimlə inkişaf edəcəksiniz

Biz işçilərimizin karyera imkanlarının genişləndirilməsi məqsədilə fürsətlərin yaradılmasının doğru olduğuna, şirkət daxilində yüksəlməsinə və öz sahələrində liderlərə çevrilməsinə inanırıq. Biz işçilərimizin zəif cəhətlərinin müəyyən edilməsi, onların gücləndirilməsi və işgüzar məqsədlərinin inkişaf etdirilməsi məqsədilə fasiləsiz olaraq işləyirik.