Karyera

Biz sizə davamlı tədris imkanlarımız və karyera idarəedilməsi sistemi vasitəsilə karyeranızı inkişaf etdirməyinizə kömək edirik. Şirkətimizdə başlayacağınız ilk iş günündən başlayaraq biz uzunmüddətli və dayanıqlı karyera qurmanız üçün sizi lazımi vasitə və resurslarla təchiz edirik.

Akkord Korporasiyası olaraq əsas məqsədimiz işçilərimizə hədəflərin müəyyən edilməsi və performansların mütəmadi olaraq qiymətləndirilməsini həyata keçirməkdən ibarətdir. Şirkətimizin ən dəyərli resursunun işçi qüvvəsinin olduğunu bilirik və daim işçilərimizə davamlı investisiyalar yatıraraq, onların bilavasitə şirkətimizin sürətli və dayanıqlı inkişafına zəmin yaradırıq.

Şirkətimizdə karyera idarəedilməsi sistemi mövcuddur. Bu sistemə əsasən, işçi və mütəxəssislərimiz (rəhbər və menecerlər) arasında müntəzəm dialoqlar təşkil olunur ki, bu da işçilərimizin özlərinə inanmaları və potensiallarını tam göstərə bilmələrinə müsbət təsir göstərir. Bu görüşlərdə işçilər şirkətin ümumi məqsəd və hədəfləri barədə ətraflı məlumat əldə edirlər. İşçilərimiz mütəxəssislərimizlə qarşılıqlı şəkildə işləyirlər və gələcək hədəfləri müəyyən edirlər. İşçilərimizin karyera inkişafının təmin edilməsi üçün  əsas meyarlarımız aşağıdakılardır:

  1. Planlaşdırma / Hədəfərin planlaşdırılması
  2. Fəaliyyət / İnkişaf
  3. Qiymətləndirmə / Nəzərdən keçirmə

Bir-birilə qarşılıqlı sıx asılılıqda olan bu proseslər karyerasının hansı mərhələsindən asılı olmayaraq bütün işçilərə şamil edilir. Biz inanırıq ki, hər birimizin öyrənməyə ehtiyacımız vardır və bu ehtiyacımızı iş prosesində qazandığımız təcrübə, işgüzar münasibətlər və təşkil olunan təlimlər vasitəsilə qarşılıya bilərik.