Tarix

Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz töhfələrini verərək, tikinti sahəsində yeni standartlar yaratmağa nail olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti  2005-ci ildə təsis edilib və həmin vaxtdan bugünədək bir çox nailiyyətlərinə görə fərqlənməyi bacarmışdır. 2015-ci ildə Akkord Korporasiyası 10 illik yubileyini qürurla qeyd etmişdir.  Fəxrlə deyə bilərik ki, Cənubi Qafqazda tikinti sektorunun lider şirkətlərdən olan Akkord Korporasiyası qısa müddət ərzində yaşayış binalarının tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin və infrastruktur layihələrinin tikintisi, inşaat materiallarının istehsalı və emalı sahəsində yüksək nailiyyətlər əldə etmişdir.

  • 2008-ci il

    Azərbaycanda ilk beton avtomobil yolunun tikintisi layihəsini (“Bakı-Rusiya Federasiyası ilə dövlət sərhəddi”) həyata keçirmişdir

  • 2009-cu il

    İlk xarici layihənin icrasına başlamışdır;
    Gürcüstan və Qazaxıstanda ofislər yaradılmışdır.

  • 2010-cu il

    Əfqanıstanda hərbi obyektin tikintisini həyata keçirmişdir.

  • 2011-ci il

    Korporasiya Özbəkistan və Ukrayna bazarına daxil olmuşdur;
    Yeni biznes sahəsi olan su təchizatı və kanalizasiya infrastrukturu layihələrinin icrasına başlamışdır;
    Gürcüstanda bir neçə layihənin icrasını başa çatdırmışdır.

  • 2012-ci il

    Türkiyə bazarına daxil olmuşdur;
    Ukraynada ortaq əməkdaşlarla birlikdə iri miqyaslı layihələrin icrasını başa çatdırmışdır.

  • 2014-cü il

    “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək beynəlxalq əhəmiyyətli TANAP və TAP enerji layihələrinin tikintisi üzrə elan edilən tenderə Türkiyənin “Yüksel İnşaat A.Ş.” və Italiyanin “SICIM S.p.A” şirkətləri ilə birgə qatılan “Akkord” Korporasiyası “TANAP Doğalqaz İletim A.Ş” şirkəti tərəfindən açıqlanan nəticələrə əsasən, tenderin qalibləri sırasına qatılıb.

  • 2015-ci il

    Bakı Olimpiya Stadionunun yaxınlığında həyata keçirilən mikrotunel tikintisi layihəsi müvəffəqiyyətlə yekunlaşdırılmışdır.
    Daxili idarəetmə islahatları nəticəsində Korporasiyanın tərkibində 15 şirkət (MMC) yaradılmışdır. Şüşə lifli beton, fasad üzlük texnologiyaları, plastik qapı-pəncərə istehsalı üzrə yeni istiqamətlər müəyyənləşdirilmiş və həyata keçirilmişdir.
    Ən müasir texnoloji avadanlıqlar əsasında yenidən qurulmuş Xırdalan Metal-Konstruksiyalar Zavodu istifadəyə verilmişdir.

Korporasiyanın ümumi biznes fəaliyyətinin 65 %-i tikintinin, 14 %-i daşınmaz əmlakın, 12 %-i istehsalatın, 6 %-i layihə idarəetmə və layihələndirmə işlərinin, 3%-i isə tikinti maşın-mexanizmləri xidmətinin payına düşür.