Sıfır zərər

Fəaliyyətimiz ərzində biz sıfır zərər öhdəliyini öz üzərimizə götürmüşük.

Sıfır zərər dedikdə aşağıda göstərilənlər nəzərdə tutulur:

  • sıfır sayda hadisə;
  • sıfır sayda ömürlük xəsarət halları;
  • hər bir müəssisə üzrə sıfır sayda hadisə və xəsarət halları.

Yalnız yüksək səviyyəli standartlar müəyyən etməklə müştərilərimizin bizə qarşı olan inamını qoruyub saxlayırıq.

Sıfır zərər aşağıda sadalanan öhdəliklərin icrasını nəzərdə tutur:

  • Bədbəxt hadisə risklərinin azaldılması: Biznesin bütün sahələri üzrə risklər müəyyən edilməli və onların azaldılması üçün davranış qaydaları tərtib edilməlidir.
  • Təhlükələrin azaldılması: Hər bir müəssisə öz fəaliyyətlərində olan təhlükəli halları müəyyən etməli və planlaşdırmalıdır.
  • Hər gün sıfır zərər: Struktur vahidləri sıfır zərər ilə bağlı monitorinq, nəzarət, audit və təminat sistemləri hazırlamalı və bu sistemləri öz fəaliyyətlərinə tətbiq etməlidir.
  • İctimaiyyətin zərərdən qorunması: İctimaiyyət nümayəndələrini fəaliyyətimizdən irəli gələn təhlükələrdən qorumaq üçün sıfır zərər konsepsiyasını tətbiq etməlidir.
  • İşçi sağlamlığının qeydinə qalmaq: Fəaliyyətimizdən irəli gələn təhlükənin insan sağlamlığına olan uzunmüddətli təsirinin qarşısını almaq üçün Korporasiyanın tərkibində mövcud olan müəssisə işçilərinin sağlamlığı ilə əlaqədar olaraq mütəmadi yoxlamalar keçiririk.
  • Sifarişçilər ilə əməkdaşlıq qurmaq: Fəaliyyətimiz sıfır zərərə hədəflənən əməkdaşlıqlara söykənir.
  • Şəxsi təhlükəsizliyi təmin etmək: “Akkord” işçiləri iş zamanı təhlükəsizlik məsələsini bir öhdəlik kimi qəbul edir və bütün qaydalara əməl edirlər.