Etimadı doğrultmaq

Fəaliyyət göstərdiyimiz müddət ərzində düzlük, birlik, ustalıq və hörmət ətrafında cəmləşən Korporasiyamız, müştəriləri, işçiləri, partnyor və xidmət göstərdiyimiz digər ictimaiyyət nümayəndələrinin bizə etibar etmələri, o cümlədən bizimlə əməkdaşlıq etmələri üçün onlarda inam yaradan status əldə etmişdir. “Akkord” Korporasiyası daim öz fəaliyyətində “hər şey insan üçün” fəlsəfəsini əsas tutur.

“Akkord” öz işçiləri, müştəriləri, ictimaiyyət və tərəfdaşları ilə ən yüksək etik normalar çərçivəsində əlaqələr qurmağı vacib şərt hesab edir və bu kodeksə daim əməl edir. Korporasiyanın uğurlu və gəlirli fəaliyyətini nəzərə alaraq əməkdaşlarımız xidməti fəaliyyətlərində üzərlərinə düşən vəzifələri yerinə yetirir, insan hüquq və azadlıqlarına hörmətlə yanaşır, davranış qaydalarını gözləyirlər.

Qeyd olunan dəyərlər bizim işçilərimizə düzgün qərar vermək üçün aydın təsəvvür formalaşdırır və kollektiv üzrə onlardan necə davranış gözlədiyimizi müfəssəl şəkildə izah edir.

Düzgünlük

Biz hər zaman düzgünlük olanını edirik:

  • Hər bir kəslə ədalətli davranırıq;
  • Səhv və ya təhlükəli olan amilin üzərindən keçmirik;
  • Hər zaman verdiyimiz sözə tam əməl edirik;
  • Hər bir kəsə düzgünlük olan istiqamətə yönəlməkdə dəstək oluruq.

Birlik

Biz birlikdə mükəmməl iş nümayiş etdiririk:

  • Bir-birimizi dinləyir və biliklərimizi paylaşırıq;
  • Təcrübəmizi bir araya gətiririk;
  • Davamlı əlaqələr yaratmağa çalışırıq;
  • Böyük bir şəklin bir parçası kimi fəaliyyət göstəririk.

Ustalıq

Biz təkmilləşmək üçün daim çalışırıq:

  • Layihələrin tamamlanması üçün daha artıq yol qət edirik,
  • Özümüzə və digərlərinə aşağı göstəricili fəaliyyət aşılamırıq;
  • Təhlükəsizlik və ya keyfiyyət məsələlərində güzəştə getmirik;
  • Daima innovativ və yaradıcı həll yolları axtarırıq.

Hörmət

  • Fəaliyyətimizin digərlərinə və ətraf mühitə necə təsir göstərəcəyinə diqqət edirik;
  • Hər kəsə eyni münasibət göstəririk;
  • Maksimal imkanlar nümayiş etdirmələri üçün hər bir işçidə ruh yüksəkliyi yaradırıq;
  • Digərlərinin də bacarıq və imkanlarını qiymətləndiririk.