Aprelin 1-də “Akkord Plaza”da “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş direktoru Göksel Aybek və Almaniyanın Airwerk Gmbh şirkətinin Baş direktoru Corc Stiçternatın iştirakı ilə görüş keçirilib.
Görüşdə qarşılıqlı təqdimatlarla yanaşı, şirkətlər arasında əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb və razılıq əldə olunub. Bundan sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Hər iki şirkətin Baş direktoru tərəfindən imzalanan sənəd qurumlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsini, Azərbaycanda və digər qonşu ölkələrdə enerji layihələrində iştirak zamanı resurslardan birgə istifadəni və bu istiqamətdə konkret layihələrin reallaşdırılması üçün birgə müəssisə yaradılmasının mümkünlüyü barədə razılaşmanı nəzərdə tutur.
Qeyd edək ki, Airwerk Gmbh şirkəti milli və beynəlxalq əhəmiyyətli bərpa olunan enerji layihələri sahəsində fəaliyyəti ilə tanınmış Avropa şirkətidir.