“Akkord STİK” ASC-nin kollektivi 20 yanvar – Ümumxalq hüzn günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. “Qanlı yanvar” şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad edən Korporasiyanın rəhbər və işmi heyəti bu faciəvi olduğu qədər də şanlı tarixin 26-cı ildönümündə şəhid məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.