“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyini qeyd edib. Mayın 10-da Ümummilli liderin “Akkord Plaza”nın foyesindəki büstü önünə tər çiçək dəstəsi qoyulub, onun şərəfli ömür yoluna həsr olunmuş çıxışlar, xatirələr dinlənilib. Tədbirdən sonra “Akkord” nümayəndələri Korporasiya rəhbərliyi ilə birlikdə Fəxri Xiyabana yollanıblar. Burada dahi liderin məzar kompleksi ziyarət olunub, abidəsinin önünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Mərasim zamanı Heydər Əliyevin ömür-gün yoldası, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarına gül-çiçək dəstələri qoyulub.

 


Warning: mysqli_query(): Premature end of data (mysqlnd_wireprotocol.c:1180) in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1924

Warning: mysqli_query(): Result set field packet 63 bytes shorter than expected in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1924