News & Events

5 oktyabr 2016-cı ildə “Caspian European Club”-un İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilmişdir.

İclasda 2017-ci ilin payızına kimi həyata keçiriləcək strategiyalar, yeni layihələr və tapşırıqlar müzakirə edilmişdir. Tədbirdə Det-Al Aluminium MMC, Azərtelecom, AGA Şirkətlər Qrupu, Azmetko CAA ASC, R.I.S.K, Standard Insurance, PWC, Delta Telecom və digər şirkətlərin nümayəndələri iştirak etmişdir.

İclasda Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-ni baş direkor Göksel Aybek və baş direktorun müavini Samir Qasımov təmsil etmişdir.

Tədbirin sonunda idarə heyətinin üzvləri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərlərini seçiblər.

Qeyd etmək lazımdır ki, cənab Göksel Aybek Tikinti Klubunun (Caspian European Club), cənab Samir Qasımov isə İnnovasiya Texnologiyaları Komitəsinin sədri seçilmişdir.

caspian_european_club_05102016

Leave a Reply


Warning: Packets out of order. Expected 87 received 50. Packet size=3814192 in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1924

Warning: mysqli_query(): (00000/0): in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1924