2016-cı il yanvarın 11-dən 14-dək  İranın Kiş adasında 12-ci Beynəlxalq Enerji Sərgisi keçirilmişdir. Üçgünlük tədbirdə təxminən 195 yerli və xarici şirkətlərin nümayəndələri iştirak etmişlər. Sərgidə İtaliya, Çin, Türkiyə, Hollandiya, Hindistan, Cənubi Koreya, Tayvan, Azərbaycan, Malayziya, Fransa, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Almaniya, Belçika, Avstraliya, Rusiya, Böyük Britaniya, Yaponiya, Kanada, Küveyt, İsveçrə kimi ölkələr təmsil olunmuşlar.

Sərgi iştirakçıları müvafiq sektorlara investisiyalar üçün öz imkanlarını və potensiallarını nümayiş etdirmiş, həmçinin neft, qaz, neft-kimya, su enerjisi, elektrik və digər enerji növləri sahələrində son nailiyyətlərini təqdim etmişlər. İranın Milli Neft Şirkəti, Milli Qaz Şirkəti, Milli Neft-Kimya Şirkəti və Neft Nazirliyi kimi təşkilat və müəssisələri sərginin təşkilatçısı qsmində çıxış etmişlər.

 Sərginin açılış mərasimində İranın Atom Enerjisi Təşkilatının sədri və vitse-prezidenti Əli Əkbər Salehi çıxış etmişdir. “Akkord STİK” ASC-ni forumda Korporasiyanın regional nümayəndəsi Amir Qaragözlü təmsil etmişdir. O, şirkətin fəaliyyəti, son nailiyyətləri haqqında çıxış etmiş və Korporasiyanın iki ölkə arasında neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulamışdır.