News & Events

20 iyul 2017-ci ildə Qazaxıstan Respublikasının Astana şəhərində sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tender keçirildi. Tenderdə Qazaxıstan, Azərbaycan, Ukrayna, Türkiyə və Çin dövlətlərindən olan 9 yerli və xarici şirkət iştirak edirdi. Respublikamızı təmsil edən, yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəsi olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ümumi dəyəri 70 milyon dollar olan hər iki lotun tikintisi üzrə tenderin qalibi elan edildi.

Hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti ilə seçilir.

Leave a Reply