News & Events

7 oktyabr 2016-cı il tarixində Akkord Korporasiyasının baş ofisində Amerika Ticarət Palatası Azərbaycanın təşəbbüsü ilə yaradılmış Tikinti İşçi Qrupunun üçüncü iclası keçirilmişdir.

AmCham Azərbaycan və Akkord Korporasiyası tərəfindən təşkil edilmiş iclasda Korporasiyanı Cəmiyyətin baş direktoru Göksel Aybek, baş direktorun müavini Samir Qasımov və Keyfiyyətin Idarəedilməsi Departamentinin direktoru Abbas Quvalov təmsil etmişdir.

Akkord Korporasiyasının nümayəndələri ilə yanaşı iclasda AmCham Azərbaycanın icraçı direktoru Natavan Məmmədova, Holcim Azərbaycanın baş direktoru Rossen Papazov, Norm şirkətinin icraçı direktoru Hasan Yalçınkaya, “Systemair” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Can Gürsoy və digərləri iştirak etmişdir.

İclasda təcili diqqət tələb edən bir sıra məsələlər, eləcə də, onların həllinə yönəlmiş tədbirlər planı müəyyən edilmiş, o cümlədən strategiyanın icrası üçün bir sıra mexanizmlər müzakirə edilmişdir.

Leave a Reply