29 yanvar 2016-cı tarixində “Akkord İnşaat Sənaye İnvestisiya Korporasiyası” ASC və «Tractebel Engineering» Belçika şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanmış sənədə əsasən tərəflər həm Azərbaycanda, həm də digər ölkələrdə “Akkord-Tractebel” birgə müəssisəsi ilə əməkdaşlığı inkişaf etdirmək və qarşılıqlı maraq doğuran layihələri birgə həyata keçirmək niyyətindədir. Yaxın gələcəkdə belə layihələrdən biri yeni yaradılmış birgə müəssisə tərəfindən Böyükşor gölünün və digər Abşeron göllərinin bərpasının həyata keçirilməsi ola bilər.

“Tractebel Engineering” enerji, su təchizatı və infrastruktur layihələri sahəsində 125 ildən artıq təcrübəyə malik olan beynəlxalq mühəndislik və konsaltinq şirkətidir. “Tractebel Engineering” enerji sahəsində mühəndislik xidmətlərini göstərən Avropa lideri ENGIE Energy Services qrupunun əsas bölmələrindən biridir. Şirkətin qərargahı Brüsseldə yerləşməklə dünyanın 30-dan çox ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir.