News & Events

05 oktyabr 2016-cı tarixində “Akkord  Sənaye İnşaat İnvestisiya Korporasiyası” ASC, “Akkord Steel Construction Company” MMC  və ispaniya şirkəti olan “Grupo Sarralle” arasında əməkdaşlıq sazişi imzalanıb.

İmzalanmış sənədə əsasən tərəflər metal və polad konstruksiyaların layihələndirmə, dizayn, konsaltinq, maşınqayırma, polad konstruksiyalarının, eləcə də, polad mebelın istehsalı sahəsində əməkdaşlıq etmək niyyətindədirlər.

Özəl və müstəqil sənaye şirkəti olan Grupo Sarralle ağır tikinti avadanlıqlarının layihələndirilməsi, dizaynı və istehsalı üzrə ixtisaslaşmışdır. 60-cı illərdə qurulan şirkət polad istehsalı və emal sənayesinin birinci dərəcəli müştəriləri üçün beynəlxalq layihələrin həyata keçirilməsi üzrə 50 ildən artıq təcrübəyə malikdir. Aparıcı beynəlxalq şirkət olan Grupo Sarralle altı biznes istiqaməti üzrə fəaliyyət göstərir və şirkətin doqquz ölkədə nümayəndəlikləri mövcuddur.

Leave a Reply


Warning: Packets out of order. Expected 84 received 97. Packet size=6696807 in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 2007

Warning: mysqli_query(): (00000/0): in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 2007