“Akkord” Korporasiyasının ölkə xaricində göstərdiyi fəaliyyətin sərhədlərini genişləndirmək istiqamətində apardığı işlər öz real nəticələrini verməkdədir.

Bir müddət öncə “Akkord” Korporasiyası ilə məşhur Shanfari Group of Companiesarasında imzalanmış Anlaşma Memorandumunun nəticəsi olaraq artıq Oman Sultanlığında iki müştərək şirkət yaradılıb. Hazırda bu şirkətlər tərəfindən Omanın Maskat və Daqm şəhərlərində ümumi sahəsi 200 000 m2– olan bir biznes mərkəzi və sahəsi 250 000 m2 olan bir VİP yaşayış şəhərciyinin layihələndirilməsi üzrə birgə işlər aparılır.

Layihələndirilmə işləri bitdikdən sonra cari ilin mart ayında hər iki layihə üzrə tikinti işlərinə start veriləcək.

Qeyd edək ki, əsası 1960-cı ildə Omanda qoyulan “Shanfari” Şirkətlər Qrupu ölkənin mühüm infrastruktur, turizm, metal sənayesi. üzrə layihələrini həyata keçirən ən dinamik şirkətlər qruplarından biri hesab edilir. Əsas fəaliyyət istiqamətləri istehsalat, inşaat, beton qarışığı və aqreqatlar, nəqliyyat, neft və qaz xidmətləri, daşınmaz əmlak, avtomatlaşdırma, qonaqlama-otel xidməti, təmir-tikinti və s. üzrə olan şirkət, “Verwater”, “Hispanica”, “Aggreko”, “Unipart Group”, “Rheochemie” birgə müəssisələri ilə əməkdaşlıq etməkdədir.

2015-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə “Shanfari Group of Companies şirkəti rəhbərləri arasında görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu “Akkord” Korporasiyası adından Korporasiyanın baş direktoru Göksel Aybek,“Shanfari Group of Companies adından isə şirkətin prezidenti Adil Said Ahmed Al Shanfari imzalamışdır.