Bu gün “Akkord Plaza”da Korporasiyanın mərkəzi ofisində, o cümlədən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Bakı və Bakıətrafı zonada yerləşən törəmə şirkət və müəssisələrində çalışan əməkdaşların övladları üçün 1 iyun – Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş əyləncəli bayram tədbiri keçirilib.
Korporasiyanın İnsan Resursları Departamenti və İctimaiyyətlə Əlaqələr Xidmətinin birgə hazırladığı tədbirlə əlaqədar əvvəlcədən uşaqlar arasında “Mən valideynimin iş yerini necə təsəvvür edirəm” mövzusunda rəsm müsabiqəsi elan edilib və toplanan rəsmlər arasında ən yaxşıları ümumi səsvermə nəticəsində müəyyən edilib.
Uşaqlar üçün tədbirin daha maraqlı və əyləncəli keçməsi üçün “Akkord Plaza”da ayrılmış məkan xüsusi olaraq bəzədilib, tədbirə klounlar, sehrbazlar, cizgi filmləri və uşaq komikslərinin qəhrəmanlarını canlandıran aktyorlar dəvət olunub, gözəl çay və şirniyyat süfrəsi təşkil olunub. Tədbir zamanı rəsm müsabiqəsinə təqdim olunmuş 34 əl işi arasından ən yaxşı ilk üçlük açıqlanıb və onlara xüsusi mükafatlar verilib. Eyni zamanda, müsabiqəyə təqdim olunan bütün rəsm işləri üçün uşaqlara həvəsləndirici mükafat-hədiyyələr verilib. Əyləncəli bayram proqramı uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanıb.

Leave a Reply