News & Events

12 iyun 2018-ci il tarixdə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) istifadəyə verilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və digər ölkələrin dövlət başçıları və rəsmi şəxslərinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.

Mərasimə layihənin icrasında cəlb olunmuş xarici ölkə şirkətlərinin, o cümlədən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbər heyəti də qatılmışdır.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayan TANAP layihəsinin icrasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İtalyan şirkəti “SİCİM S.p.A” və Türkiyə şirkəti “Yüksel İnşaat”la ortaq şirkət olaraq iştirak etmişdir.

Müqavilə şərtlərinə əsasən layihə üzrə 460 km uzunluğunda boru xəttininin çəkilişi təhlükəsizlik standartlarına tam şəkildə əməl olunmaqla, qrafik üzrə müqavilə öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə icra edilmişdir.

Layihə üzrə Türkiyə ərazisindən keçən 1850 kilometrlik boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik boru xəttinin ikinci lot üzrə 375-825 km-ləri əhatə edən 460 km-lik hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) tikintisi “Sicim-Yüksel-Akkord” ortaqlığı tərəfindən həyata keçirilmişdir.

“Akkord”un tikintisinə qoşulduğu 450 km-lik hissədə ümumilikdə 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və 1 ədəd zəlzələ keçidinin inşası həyata keçirilmişdir. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi də inşaa olunmuşdur.

Layihənin icrası müddətində 2898 nəfər heyət iştirak etməklə 1430 ədəd müxtəlif inşaat maşın-mexanizmi cəlb olunmuşdur.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olaraq Azərbaycanda və digər ölkələrdə beynəlxalq irimiqyaslı infrastruktur, enerji-tikinti layihələrində birgə faydalı əməkdaşlığa önəm verərək  güclü, dayanıqlı və perspektivli şirkətləri qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edirik.

Leave a Reply


Warning: Packets out of order. Expected 85 received 111. Packet size=7236462 in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1924

Warning: mysqli_query(): (00000/0): in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1924