News & Events

“Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində “Akkord Tekstil” MMC-nin Ağstafa şəhərində yerləşən tikiş fabrikində avropa standartlarına uyğun  köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Müasir tələblərə cavab verən avadanlıqların quraşdırılmasında Türkiyənin «Astaş» şirkətinin mütəxəssisləri iştirak etmişlər. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 15 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuş, istehsal edilən məhsulun daxili bazarla yanaşı Avropa İttifaqı ölkələrinə də ixrac edilməsi hədəflənmişdir.

7 fevral 2017-ci il tarixində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin baş ofisində  Korporasiyanın, “Akkord Tekstil” MMC-nin, «DEHA Üretim Pazarlama ve İhracat Ltd»  şirkətinin və «Elle Elle Srl» İtaliya şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə şirkətlər arasında qarşılıqlı əməkdaşlığın perspektivləri və “Akkord Tekstil” MMC-nin istehsal etdiyi köynəklərin “Made in Azerbaijan” brendi adı altında avropa bazarlarına daxil olması müzakirə edilmiş, ilkin olaraq 5000 ədəd köynəyin  İtaliyaya ixrac edilməsi planlaşdırılmışdır.

“Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər Alesandro Gattuso, Coveri, Harrods, Tad Willams, Regard, Tessuti, Elegant, Respect və s. ticarət markaları ilə yerli və xarici bazarlara təqdim ediləcəkdir.

Leave a Reply