Avqust ayının 5-də Korporasiyamız Hindistanın “Larsen & Toubro” şirkəti ilə əməkdaşlıq sazişi imzalamışdır.

Bu sazişə Türkiyə, Rusiya, Özbəkistan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan daxil olmaqdadır. Korporasiyamızın əsas hədəfi adı çəkilən dövlətlərdə neft-qaz sahəsində həyata keçirilən tikinti layihələrində birgə yaxından iştirak etməkdir

“Larsen & Toubro” dünya səviyyəsində yüksək texnologiyaları, mühəndislik, tikinti, istehsalat və maliyyə xidmətləri ilə tanınmış beynəlxalq bir holdinqdir. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən holdinqin baş ofisi Hindistanın Mumbay şəhərində yerləşməkdədir. 75 il fəaliyyət göstərən holdinq texnologiya, mühəndislik, tikinti, infrastruktur layihələri və istehsalat sahələri üzrə Hindistanda, həmçinin Cənubi Asiya ölkələrində liderliyini qorumaqdadır.

Leave a Reply