News & Events

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən, dəyəri 37 mln GEL olan, tikintisi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən icra edilən,  Çiatura şəhərinin Su Təchizatı Sisteminin Yenidənqurulması layihəsinin monitorinqi keçirilmişdir.

Mövcud layihənin monitorinqində Birləşmiş su təchizatı idarəsinin direktoru Grigol Mandaria, müavini İrakli Napetvaridze və Çiatura şəhərinin meri Givi Mobeladze və digər rəsmi heyət iştirak etmiş, su təchizatı sisteminin tikintisi ilə tanış olmuşdular.

Çiatura şəhərində köhnəlmiş infrastruktur səbəbilə, uzun müddətdir ki, əhali məhdud su qrafiki ilə təmin olunurdu. Akkord STİK ASC Çiatura şəhərinin su təchizatı sisteminin yenidən qurulması işləri çərçivəsində artezian quyuları, 100 km-ə yaxın magistral və paylayıcı su şəbəkələri, xlorlama stansiyaları, su anbarları, nasos stansiyaları tikmiş, bir çox su anbarlarını bərpa etmiş, 8500-ə yaxın abonent üçün su sayğacları quraşdırmışdır.

 Monitorinq zamanı Grigol Mandaria bildirmişdir ki, görülmüş işlərin nəticəsi olaraq; Səhiyyə Nazirliyi yanında İdarələrarası Koordinasiya Şurasının verdiyi tövsiyələr tamamilə yerinə yetirilmiş və hazırda əhali davamlı keyfiyyətli içməli su ilə təmin olunur.

Məlumat üçün bildirək ki, layihənin 95% hissəsi yekunlaşmış, geri qalan hissəsi bu ilin yay aylarında bitəcəkdir.

 

 

 

🏗რეგიონებში წყალმომარაგება–წყალარინების მასშტაბური ინფრასტრუქტურული პროექტები უწყებათაშორისი საკოორდინაციო საბჭოსა და…

Posted by United Water Supply Company • წყალმომარაგების კომპანია on 22 Aprel 2020, Çərşənbə

 

 

Добавить комментарий