BİZİM PORTFOLIO:


SON XƏBƏRLƏR

ətraflı >

YÜKLƏ:
Şirkətin prezentasiyası
Layihələrin broşuru
 AZ EN RU

İnsan ResurslarI

 

Menecer

"AKKORD" peşəkarların toplaşdığı böyük bir ailədir. İdarə orqanları, mühəndis heyəti və işçi kollektivinin birgə əməyi  nailiyyətlərinin kökündə dayanan əsas faktordur.  İşləməyi seçən hər bir kəs öz həyat tərzini "AKKORD"un nəbzinə uyğunlaşdırır. Çünki iş dayanmır. Öz karyerasını  qurmağa üstünlük verənlər  sürət və keyfiyyət prinsiplərinə əməl etməyi öyrənməlidir. "Akkord" iş düzəni elə bir mexanizmlə işləyir ki, bütün menecerlərin tikinti və istehsal obyektləri ilə davamlı əlaqəsi olur. Bu səbəbdən  işi idarə edənlər bir-birini yaxından tanıyır, bir-birinə nəinki "Akkord"un maraqları naminə, həm də şəxsi həyatda da dayaq ola bilirlər. Münasibətlər peşəkarlıq və dostluq meyarlarına söykənir. Korporasiyadakı mükəmməl idarəetmənin sirri də elə bundadır.

Ehtiyac yaranan vaxtlarda "AKKORD"un bütün idarə orqanları vəziyyəti qiymətləndirib, sürətli qərarlar verə bilir. Hər kəs anlayır ki, "Akkord"  7 mindən çox insanın qazanc yeridir və qəbul edilən qərarlar və onların nəticələri həmin insanları  təkcə iş yeri kimi deyil, həm də şəxsi və ailə maraqlarının qorunduğu bir məkan kimi bağlamalıdır. Biz işçilərimizə həvəsləndirici mükafatlar verir, onların problemləri ilə maraqlanır,

"AKKORD"dakı fəaliyyətlərinə rəng qatacaq müxtəlif tədbirlər təşkil edirik. Biz anlayırıq ki, işçilərimiz bizim ən dəyərli sərvətlərimizdən biridir. "Akkord"dakı iş bizim həyat tərzimizdir. Çünki biz əminik ki, gördüyümüz iş özümüzdən sonra yaşadığımız məkanda qoya biləcəyimiz ən layiqli iz olacaq.

 

Mühəndis

"AKKORD"da mühəndis kimi çalışmağın bir çox üstünlükləri var. İlk növbədə özünü ölkənin ən nəhəng tikinti şirkətinin bir parçası kimi hiss edirsən.  "Akkord"zəmanətli iş yeri, maraqlı insanların toplaşdığı məkandır. Müasir mühəndis üçün digər yerli şirkətlərdən fərqləndirən ən böyük cəhət burada tikinti prosesinin yüksək texnologiya və xüsusi proqramlarla reallaşmasıdır. Dünyanın müasir tikinti şirkətlərinin əməl etdikləri bütün qaydaları “Akkord" da tikinti sahələrində izləmək olar. Mən fəxr edirəm ki, yerli tikinti şirkətində beynəlxalq standartlara bu dərəcədə dəqiqliklə əməl edilir. "Akkord" öz mühəndisinə daha sərfəli maliyyə şərtləri təklif edir və nəhayət, öz işçisini daim öyrədir və daim yenilənən dünyanın nəbzini tutmağa istiqamətləndirir."AKKORD" Azərbaycan tikinti sektorunda ən nümunəvi iş yeri sayılır.

"AKKORD"dakı iş həyatı istənilən tikiniti şirkətinə xas olan qaynar tempdə davam etsə də, münaqişədən azaddır. Burada vaxt həm iş, həm də həyat baxımından səmərəli keçir – işinlə ailəni təmin edir, müasir tikinti texnologiyasını öyrənir və özünə dostlar qazanırsan. Ölkənin ən yeni standartlarla işləyən yeganə tiknti əməliyyatçısının mühəndisi olmaq mənim üçün şərəfdir.

 

Fəhlə

 "AKKORD"dakı bir iş günü təkcə məvacib cədvəlinə əlavə olunmuş rəqəmdən ibarət deyil; sən əminsən ki, iş növbəni təhvil verib, ailənin yanına zədəsiz və sağlam qayıdacaqsan. Başqa tikinti şirkətlərində işçi təhlükəsizliyi bir  nömrəli problem olaraq qalsa da, bizim tikinti sahələrimizdə çalışan fəhlələr təhlükəsiz rejimdə işləməyə alışıblar. İstər hündürmərtəbəli binalar, istərsə də yol, tunel və ya zavod tikintisi olsun,fəhlələri iş başında həyati təhlükələrdən qaçmaq üçün təlim alır və xüsusi geyimlərlə təchiz olunurlar. "AKKORD" tikinti sahələrindəki fəhlələrin işi nizamla idarə olunur; burada hər şeyin öz vaxtı var. İş və fasilə saatlarına dəqiq riayət olunur. Fəhlələrlə mühəndislər və rəhbərlər arasındakı əlaqələr insani münasibətlərə söykənir.

Biz "AKKORD" süfrəsinin bəhrəsini yeyir, ailəmizə gəlir gətirir və təhlükəsiz evlərin tikilişində birbaşa iştirakçı olduğumuz üçün qürur hissi keçiririk.

 






Facebook

Linkedin