News & Events

İran İslam Respublikasında fəaliyyət göstərən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndələri İranın paytaxtı Tehran şəhərində keçirilmiş beynəlxalq konfrans və sərgi çərçivəsində bir sıra işgüzar görüşlərdə iştirak etmişdir.

19 yanvar 2017-ci il tarixində “Akkord” Korporasiyasının nümayəndələri İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi yanında Sənaye, Ticarət, Mədən İşləri üzrə Biznesin İnkişafı Departamentinin Vitse Prezidenti Xəlil Portazadeh ilə görüş keçirmişdir. Görüşün nəticəsi olaraq şirkətin nümayəndələri 24-25 yanvar tarixində B2B formatında keçirilmiş beynəlxalq sərgiyə dəvət edilmişdir.

Tədbirdə Korporasiyasının nümayəndələri sərgidə iştirak edən İranın Sənaye, Mədən və Ticarət  Nazirliyinin nümayəndə heyəti, o cümlədən İran, İraq, Oman və Azərbaycandan dəvət edilmiş şirkətlərin əməkdaşları qarşısında şirkətin fəaliyyəti haqqında uğurlu təqdimat keçirmişdir.

Paralel olaraq 24 yanvar tarixində Akkord Korporasiyasının nümayəndə heyəti beynəlxalq və yerli şirkətlər ilə tanışlıq və birgə fəaliyyət imkanlarının araşdırılmasına həsr olunmuş konfransda iştirak etmişdir. Şirkətin nümayəndəsi Əhəd Ələkbərov tərəfindən Korporasiyasının fəaliyyəti barədə edilmiş hərtərəfli təqdimat tədbir iştirakçılarının marağına və təqdirinə səbəb olmuşdur.

“Akkord” Korporasiyasının əməkdaşlarının görüş keçirdiyi iştirakçılar arasında Bonyad Beton Company, Sustainable Architecture, Vernacular, Zero Energy Building, KWC FAUCETS, Compressor Sazi Tabriz Co və digər aparıcı İran şirkətlərinin nümayəndələri iştirak ediblər. Keçirilmiş görüşlərdə İran və Azərbaycan şirkətlərinin nümayəndələri iki ölkə arasında mövcud olan dostluq münasibətləri və işgüzar əlaqələrin genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulamış və belə görüşlərin İranda iri miqyaslı birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Leave a Reply