VAKANSİYALAR

Vəzifə:   Satış və Marketinq Şöbəsinin müdiri

İcra Komitəsinin fəal üzvü kimi və açılış öncəsi qrupunun aparıcı iştirakçısı kimi, Satış və Marketinq Şöbəsinin müdiri Satış və Marketinq şöbəsinin strategiyasına və gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir. Bu vəzifədə o, şirkətdə satış, marketinq, ictimai əlaqələr, gəlirlərin idarəedilməsi və s. məsələlərə cavabdehdir. Əlavə olaraq, Satış və Marketinq Şöbəsinin müdiri müəyyən edilmiş Şirkət siyasəti, təcrübə və proseduralarına uyğun olaraq müvafiq proqramlar işləyib hazırlamalı və həyata keçirməlidir.

  • Ardıcıl surətdə peşəkar, dostyana və cəlbedici xidmət və məsul təklif etmək.
    • Satış və Marketinq şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
    • Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
  • Aparıcı bazar seqmentlərinin hesab menecmentinə cavabdehlik daşımaq.
    • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
    • Satış kontraktlarına yenidən baxmaq, alıcı sayını, orta gəlir normasını və ümumi mədaxil hədəflərini nəzərdən keçirmək.
  • Hər hansı həvəsləndirici satış proqramlarını idarə etmək.
    • Əsas müştərilərin toxunulmazlığını, əsas perspektiv məlumat bazasını və dəqiqlik və mükəmməllik üçün Satış proqramlarının monitorinqini təmin etmək .
    • İllik büdcəni təsdiq üçün hazırlamaq və onu maliyyə cəhətdən məsuliyyətlə idarə etmək.
    • İstehsalat, inzibati və işçi ehtiyaclarını balanslaşdırmaq.
    • Şöbənin siyasət və təlimatlarına riayət etmək.
    • Bütün təhlükəsizlik qaydalarına riayət etmək.
    • Digər mümkün vəzifələri yerinə yetirmək.

 

İXTİSAS TƏLƏBLƏRİ:

  • Tikinti materiallarının istehsalı və satışı sahəsində iş təcrübəsinin olması mütləqdir.

• Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsi olmaq.
• İngilis (yazılı və şifahi), Azərbaycan, Türk və Rus dillərini bilməsi vacibdir.
• Microsoft Windows proqramları vəvə ya tələb olunan müvafiq kompüter proqramları ilə işləmək bacarığına sahib olmaq.
• Müvafiq sahədə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaq, ali təhsil (universitet) diplomu olmaq.
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq.
• Fərdi söhbət və problemi həll etmə bacarıqlarına malik olmaq.
• Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq.

 

Qeyd:  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@akkord.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satış və Marketinq Şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.