News & Events

17 may 2017-ci il tarixdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ilk Yeni Azərbaycan Partiyası təşkilatının növbəti iclası keçirilmişdir.

İlk öncə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmuraz Tağıyev  iclas iştirakçılarını salamlayaraq iclası açıq elan etdi.

Daha sonra, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişaf yolundakı fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının yaranmasında olan zəhmətindən bəhs etdi. Ulu öndər Heydər Əliyevin siyasi irsinin  layiqli davamçısı, Prezident İlham Əliyevin respublikanın çiçəklənən diyara çevrilməsindən, ölkəmizin dünya miqyasında tanınması üçün gördüyü işlərdən, bu sahədə olan fəaliyyətindən danışaraq bugünlərdə ölkəmizdə keçirilən 4-cü İslam Həmrəylik oyunlarının buna real nümünə olduğunu bildirdi.

Yeni Azərbaycan Partiyası inşaat və digər sahələrdə fəal olan şirkətlərlə, o cümlədən  “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə olan birgə fəaliyyəti haqqında Korporasiyanın Baş icraçı direktoru Bürhan Həmidov məlumat verdi.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Bürhan Həmidov çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yürüdülən inkişaf proqramına Korporasiyanın daima dəstək olması, bu istiqamətdə öhdəsinə düşən tapşırıq və vəzifələrin yüksək nəticə ilə tamamlanması üçün işçi kollektivinin fəal çalışıldığını bildirdi. Korporasiyanın ölkənin sosial iqtisadi inkişaf proqramına  uyğun olaraq müvafiq strateji inkişaf proqramı üzrə fəaliyyət göstərməsi bunun üçün  yeni xarici və yerli layihələrdə iştirakı, ölkəyə xarici bazardan investisiya axının təmin edilməsi və daxil olan vəsaitin ölkə ərazisində yeni yaradılmış və yaradılacaq zavod, fabrik və digər istehsalat sahələrinə sərf edilməklə ölkədə saxlanılması, bunun üçün qarşıda dayanan prioritet məsələlərdən danışdı.

İclasda Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının konfransına nümayəndələrin seçilməsi məsələsinə də baxıldı. Fəal üzvlərdən 6 nəfərin namizədliyi irəli sürüldü. Həmidov Bürhan Əhməd oğlu, İsayev Tofiq Mirzəli oğlu, Kərimov Elman Nəcəf oğlu, Süleymanov Vüqar Fərman oğlu, Abdullayev Vaqif Cavanşir oğlu, və Ağayev Seyfəddin Cüelyxan oğlunun namizədlikləri iclas iştirakçıları tərəfindən bəyənildi və onlar Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının konfransının nümayəndələri seçildilər.

Toplantının sonunda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ilk Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim edildi.Yeni üzvlərə Korporasiya və Yeni Azərbaycan Partiyası sıralarında uğurlu fəaliyyət arzu edildi.

Leave a Reply


Warning: Packets out of order. Expected 99 received 50. Packet size=2963513 in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1933

Warning: mysql_query(): Unable to save result set in /data/akkorda/public_html/wp-includes/wp-db.php on line 1933