News & Events

Fevralın 27-28-də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əsas ofisi – “Akkord Plaza”da Korporasiyanın mərkəzi idarə heyətinin, xaricdəki filial və nümayəndəliklərinin, həmçinin yerli törəmə şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı ilə 2015-ci ilin maliyyə hesabatı və 2016-cı il üçün büdcə planlaması məsələlərinə həsr olunmuş toplantı keçirilib.
Korporasiyanın Baş direktoru Göksəl Aybekin sədrliyi ilə keçirilən iclasda Baş direktorun müavinləri – Cavid Ağayev, Vüqar Süleymanov, Rəsul Orucov, Samir Qasımov, Xarici layihələr qrupunun rəhbəri Levent Morova və başqa rəhbər şəxslər iştirak ediblər.
Toplantının iki günü ərzində Korporasiyanın Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandakı filial və nümayəndəliklərinin rəhbər və nümayəndələrinin, həmçinin “Akkord Beton”, “Akkord Mərmər Qranit”, “Akkord Prefabrik”, “Akkord Asfalt”, “Akkord Steel Construction Company”, “Körpü Tunel Tikinti”, “Property İnvestments”, “Akkord Hydrotechnical Construction Company”, “Deutsche Fassaden Technologien”, “Akkord Kərpic”, “Akkord Tekstil” və “Accopen” MMC rəhbərlərinin 2015-ci illə bağlı yekun nəticələr, maliyyə və büdcə məsələləri ilə bağlı hazırki durum, qarşıda duran vəzifələrlə bağlı məruzələri dinlənilib, cari və perspektiv inkişaf imkanları araşdırılıb. Toplantı Baş direktor Göksel Aybekin yekun nitqi ilə başa çatıb.