News & Events

Mart ayın əvvəlində “Akkord Tekstil” MMC-nə məxsus olan fabrikində ixrac üçün istehsal olunmuş köynəklərin ilk partiyasını İtaliyaya göndərib.

Xatırladaq ki, “Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində “Akkord Tekstil” MMC-nin Ağstafa şəhərində yerləşən tikiş fabrikində avropa standartlarına uyğun  köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 10 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuş, istehsal edilən məhsulun daxili bazarla yanaşı Avropa İttifaqı ölkələrinə də ixrac edilməsi hədəflənmişdir. Hal-hazırda ayda istehsal həcmini 30,000 köynəyə qədər artırmaq üçün işlər aparılır.

“Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər Alesandro Gattuso, Coveri, Harrods, Tad Willams, Regard, Tessuti, Elegant, Respect və s. ticarət markaları ilə yerli və xarici bazarlara təqdim edilməsi planlaşdırır.

Leave a Reply