AZ

Qazax Sement Zavodu

“Qazax Sement Zavodu” MMC Respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Respublikanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir.

Zavodun sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3`500 ton təşkil edir. Zavodun inşaasına 2010-cu ilin mart ayında başlanmış, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilmişdir.

Zavod istehsal prosesini və hazır məhsulun daşınmasını təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Mövcud infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement satışını həyata keçirir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakı, Lənkəran, Xaçmaz rayonlarında Logistika Mərkəzləri fəaliyyət göstərir.

“Qazax Sement Zavodu” MMC-nin sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3500 ton təşkil edir. Klinker və sement istehsalı üçün zavod yetərli qədər xammal ehtiyatlarına sahibdir.

Zavodda qalaq və kisə halında aşağıdakı sement məhsulları istehsal olunur:

1) Betonsem (CEM II/A-P 42,5 R -qalaq/kisə),

2) Sulfasem (PPS 400 – qalaq/kisə),

3) Mastersem (CEM II/B-P 32,5 R - kisə),

4) Unisem (CEM II/B-M (P-L) 32,5 R-kisə)

Akkord Betonun Azərbaycan Respublikası ərazisində coğrafi baxımdan əlverişli ərazilərdə yerləşən 8 beton istehsalı müəssisəsi fəaliyyət göstərir:

  1. Bakı – Abşeron regionu üzrə - Balaxanı, Pirşağı və Müşfiqabad
  2. Regionlar üzrə - Qazax, Şəmkir, Quba, Şabran və Ağdaş beton istehsal müəssisələri fəaliyyət göstərməkdədir.

Beton sektorunda ən üst standartı hədəfləyən Akkord Beton ən son texniki yenilikləri müştərilərinə təqdim etməklə müxtəlif regionlarda həyata keçirilən tikinti layihələrini yüksək keyfiyyətli və möhkəmliyə sahib betonlarla təmin edir. Beton istehsal müəssisələrində istehsal prosesi insan müdaxiləsi olmadan, tam avtomatlaşdırılmış şəkildə aparılır.

Türkiyənin avtomatlaşdırılmış idarəetmə sistemi olan – “Vuruşqan” idarəetmə sistemi vasitəsilə beton markalarının stabil keyfiyyətlə istehsalı, habelə operativ və ən optimal marşrut üzrə transferi həyata keçirilir. Beton transferi zamanı bir müəssisədə texniki nasazlıq meydana gəldikdə digər beton istehsalı müəssisələrimizdən istehsal prosesi davam etdirilir. Beton istehsalı müəssisələrimiz fasiləsiz və kəsintisiz beton transferini həyata keçirmək üçün zəruri olan çoxlu sayda yenilənmiş transmikser və pompa dəstələrinə sahibdir.

All rights reserved © 2005-2021.