AZ

Haqqımızda

Uğur prinsipimiz

Bizim prinsiplərimiz təhlükəsizlik, sağlamlıq və ətraf mühit məsələləri kimi həssas mövzulara olan yanaşmamızı tənzimləyir. Eyni zamanda, bu prinsiplər bizə etimad göstərən insanlara göstərdiyimiz münasibəti müəyyən edir.

Müxtəlif istiqamətlər üzrə şaxələnmiş və dinamik idarəetmə bacarıqları ilə biz xidmət baxımından işimizin peşəkarlarıyıq.

Ənənəvi müqavilələrlə bərabər biz proqramlar, əməkdaşlıqlar və yaradılmış birgə müəssisələr əsasında fəaliyyət göstəririk. Sahib olduğumuz strategiya daima dəyişiklərə və yeni ideyalara açıqdır, o cümlədən fəaliyyətin bütün sahələrində ortaq əməkdaşlığa istiqamətlənən yanaşmanı dəstəkləyir.

Rəhbər prinsiplər aşağıdakılardır:

Müştərilər, işçilər və ümumilikdə cəmiyyət qarşısında olan öhdəliklərimizin yerinə yetirilməsi
Biznesimizin bütün aspektlərini mükəmməlik və peşəkarlıq səviyyəsinə çatdırılması
Fəaliyyət göstərdiyimiz sahənin bütün aspektlərini öyrənərək davamlı inkişaf yollarının axtarılması
Öz biznesimizi doğru həyata keçirdiyimizdən və qərarları etik çərçivə daxilində qəbul etdiyimizdən əmin olmaq

Tarix

Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz töhfələrini verərək, tikinti sahəsində yeni standartlar yaratmağa nail olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib və həmin vaxtdan bugünədək bir çox nailiyyətlərinə görə fərqlənməyi bacarmışdır.

2015-ci ildə Akkord Korporasiyası 10 illik yubileyini qürurla qeyd etmişdir. Fəxrlə deyə bilərik ki, Cənubi Qafqazda tikinti sektorunun lider şirkətlərdən olan Akkord Korporasiyası qısa müddət ərzində yaşayış binalarının tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin və infrastruktur layihələrinin tikintisi, inşaat materiallarının istehsalı və emalı sahəsində yüksək nailiyyətlər əldə etmişdir.

Azərbaycanda ilk beton avtomobil yolunun tikintisi layihəsini (“Bakı-Rusiya Federasiyası ilə dövlət sərhəddi”) həyata keçirmişdir.

İlk xarici layihənin icrasına başlamışdır. Gürcüstan və Qazaxıstanda ofislər yaradılmışdır

Əfqanıstanda hərbi obyektin tikintisini həyata keçirmişdir.

Korporasiya Özbəkistan və Ukrayna bazarına daxil olmuşdur. Yeni biznes sahəsi olan su təchizatı və kanalizasiya infrastrukturu layihələrinin icrasına başlamışdır. Gürcüstanda bir neçə layihənin icrasını başa çatdırmışdır.

Türkiyə bazarına daxil olmuşdur. Ukraynada ortaq əməkdaşlarla birlikdə iri miqyaslı layihələrin icrasını başa çatdırmışdır.

Korporasiya fəaliyyət sahəsini genişləndirərək Respublika sərhədlərindən uzaqda, Qazaxistan Respublikasında Asiya İnkişaf Bankının maliyyələşdirdiyi dövlət əhəmiyyətli 37 km beton yol Şimkənt-Daşkənd yolunun tikintisinə başlamışdır. Layihənin inşasına təcrübəli mütəxəssislər cəlb olunmuş, planlanan vaxtdan öncə uğurlu şəkildə tamamlanmışdır.

“Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək beynəlxalq əhəmiyyətli TANAP və TAP enerji layihələrinin tikintisi üzrə elan edilən tenderə Türkiyənin “Yüksel İnşaat A.Ş.” və Italiyanin “SICIM S.p.A” şirkətləri ilə birgə qatılan “Akkord” Korporasiyası “TANAP Doğalqaz İletim A.Ş” şirkəti tərəfindən açıqlanan nəticələrə əsasən, tenderin qalibləri sırasına qatılıb.

Bakı Olimpiya Stadionunun yaxınlığında həyata keçirilən mikrotunel tikintisi layihəsi müvəffəqiyyətlə yekunlaşdırılmışdır. Daxili idarəetmə islahatları nəticəsində Korporasiyanın tərkibində 15 şirkət (MMC) yaradılmışdır. Şüşə lifli beton, fasad üzlük texnologiyaları, plastik qapı-pəncərə istehsalı üzrə yeni istiqamətlər müəyyənləşdirilmiş və həyata keçirilmişdir. Ən müasir texnoloji avadanlıqlar əsasında yenidən qurulmuş Xırdalan Metal-Konstruksiyalar Zavodu istifadəyə verilmişdir.

Akkord şirkəti su və kanalizasiya sahəsində ölkə daxili icra etdiyi layihələrlə yanaşı öz təcrübəsini Türkiyə Respublikasına daşımış, Avropa Birliyinin maliyyə dəstəyi ilə icra olunan Mardin şəhərinin kanalizasiya şəbəkəsinin və kollektor xəttlərinin inşaasını həyata keçirmişdir.

Şirkət ölkə hüdudlarından kənarda tender proseslərində aktiv iştirak etmişdir. Bunun nəticəsi olaraq Gürcüstan Respublikasının Çiatura şəhərinin su təchizatı layihəsinin icrasına başlamış və sifarişçilərlə uğurlu əməkdaşlıq münasibətləri qurulmuşdur.

Korporasiya dövlət əhəmiyyətli beynəlxalq bankların maliyyələşdirdiyi “Gəncə-Qazax-Gürcüstan sərhəd yolunun 4 zolağa genişləndirilməsi, Lot3: Qırlı-Gürcüstan sərhədi hissəsi, km 82+200-km 130+150, 48 km” və “ Qazax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin icrasına başlamışdır. Bundan əlavə 4 lotdan ibarət Cəlilabad şəhərinin su və kanalizasiya sistemlərinin tikintisi layihəsi uğurlu yekunlaşmış və sakinlərin istifadəsinə verilmişdir.

Özbəkistan Respublikasında 100 km uzunluqda 4 zolaqlı İslam İnkişaf Bankının mailiyyələşdirdiyi yolun inşaasını tamamlamış və istismara təqdim etmişdir. Bu layihə ilə yanaşı Əndican vilayətində mövcud kanalların, qurğuların bərpası və yenidənqurulması işlərinə başlanılmışdır.

Korporasiya yerli büdcə hesabına həyata keçirilən "Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması" (Sabirabad rayonu, II mərhələ) üzrə tenderin qalibi olmuş və layihənin icrasına başlamışdır.

Rəhbərlik

Malik Məmmədov

Müşahidə Şurasının sədri

Müslüm Mürsəlov

Müşahidə Şurasının üzvü

Tofiq İsayev

Müşahidə Şurasının üzvü

Ayhan Keskinkılıç

Baş direktor

Anar Məmmədov

Baş direktorun müavini

Sertifikatlar

All rights reserved © 2005-2021.