AZ

Şimkənt – Taşkənt yolunun 705 km – 742 km hissəsinin tikintisi

Layihə haqqında ümumi məlumat

Sifarişçi: “Qazaxıstan Respublikası Nəqliyyat və Komnikasiya Nazirliyi ”

Layihəçi: SMEC International Pty. Ltd

Podratçı: “TODİNİ & İmpregilov & AKKORD” OJSC

Müqavilənin növü: “FIDIC”

Müqavilənin dəyəri: 14.259.645.083,03 KZT

Maliyyələşdirən bank: “Asya İnkişaf Bankı”

Tikintinin başlama tarixi: 28.11.2013

Tikintinin bitmə tarixi: 20.09.2016

Tikintinin müddəti: 34 Ay

Yolun texniki dərəcəsi: І b

Yolun uzunluğu: 37km Beton yol

Layihənin təsviri

Akkord-Todini-İmpregilo” Azərbaycan-İtaliya Birgə Müəssisəsi Qazaxıstan Respublikasında CAREC III dəhlizi -“Şımkent-Taşkent” (Çimkənd-Daşkənd) yolunun tikintisi layihəsi çərçivəsində elan edilmiş tenderdə 2013-cü ilin sonlarında qalib gəlmişdi. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilmişdir. “Almatı-Korday-Blaqoveşenka-Merke-Daşkənd-Termez yolunun km704 – km742 (cəmi 37.5 km) hissəsinin yenidənqurma layihəsi” üzrə müvafiq müqavilə Birgə Müəssisə ilə Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Yolları Komitəsi arasında imzalanmışdır. Ümumilikdə, layihə üzrə 4 zolaqlı yolun ümumi eni 27,5 m, iki zolaq üzrə eni 11 m-dir. Layihə üzrə yol 150 km-saat sürətlə hərəkət üçün nəzərdə tutulub.

Beton örtüklü yolda örtük qalınlığı 27 sm-dir. Yolda 1 yolayırıcı, 3 heyvan keçidi, 37 ədəd 1,5 metr diametrli, 54 ədəd 0,5m diametrli suötürücü, 6 avtobus dayanacağının inşası, 4 yolkənarı parkinq, 9 nöqtədə elektrik xətlərinin yenilənməsi həyata keçrilmişdir. Artıq yol-tikinti işləri ilə bərabər, 440 metrlik suötürücü xətlərin, 7700 metr uzunluğunda optik lifli rabitə xətlərinin, yüksəkgərginlikli elektrik xətlərinin yolla kəsişdiyi 6 nöqtədə demontaj və yenidənqurma işləri aparılıb, 1 yolayırıcı, 4 kənd təsərrüfatı texnikası üçün körpü, borular və heyvan keçidlərinin tikintisi üzrə işlər tam şəkildə yekunlaşıb.

Digər Layihələr

  • Yol
  • Tamamlanmış

Kutaisi Dolama – Samtredia avtomobil yolunun 4 zolağa genişləndirilməsi

All rights reserved © 2005-2021.