Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Özbəkistan Respublikası ; Əndican şəhəri
Namizədə dair tələblər:
• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
• Dil: Azərbaycan, Rus ; İngilis dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
1.Şöbənin işinin təşkili;
2. Bütün cari təmir, tikinti və profilaktik texniki qulluq planlamasını həyata keçirmək.
3. Planlaşdırılmış və plandan kənar təmir işlərinin həyata keçirilməsini təmin etmək.
4. Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək
5. Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
6. Şöbənin illik büdcəsinin hazırlanması və nəzarət.
7. Layihələrin nəzərdən keçirilməsi, razılaşdırılması və Layihələrin yerinə yetirilməsinə nəzarət;
8. Layihələrin və cari təmir-tikinti proseslərinin proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək.
9. Layihələrin yerinə yetirilməsi zaman ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
10. Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması. Aylıq hesabatların hazırlanması;
11. Plana əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək.
12. Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
13. İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
14. Muvafiq orqanlarla yazışmaların aparılması;
15. Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va nəzarət;
16. Yerinə yetirilmiş işlərin ölçülməsi və muvafiq mal material silgisinin təşkili;
17. Yerinə yetirilmiş işlərin və bitmiş layihələrin texniki təhvil alınması;
18. Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
19. Tenderlərin texniki hissəsinin hazırlanması;
20. Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər etmək.
E-mail : cv@akkord.az
Mövzu hissəsində " Texniki ofis müdiri " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur yalnız tələblərə cavab verən namizədlər CV göndərsin.