“Akkord General Construction” MMC – nin mülki tikinti sahəsində əldə etdiyi uğurlar hər bir şirkət üçün nümunə sayılacaq inkişaf istiqamətini əhatə edir. Bir sıra ilklərə imza atmaqla yanaşı, “Akkord” eyni zamanda, Azərbaycanda ilk dəfə ilkin ödənişsiz, uzunmüddətli və əlverişli kredit sistemi ilə mənzil təminatı proqramını həyata keçirməyə nail olmuşdur. Korporasiyanın nəzdində fəaliyyət göstərən “Akkord General Construction” MMC çoxsaylı layihələri sona çatdıraraq təhvil vermişdir. Onların arasında aşağıdakıları qeyd etmək olar:
“Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksi, “Etalon”, “Kosmos”, “Montin”, “Tusi 1”, “Uğur 1”, “Uğur 4” yaşayış kompleksləri və “Sever” yaşayış binası. Yuxarıda göstərilənlərdən əlavə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Mülki Tikinti departamenti Bakı şəhəri, Əhmədli qəsəbəsində “Zərifə Əliyeva adına uşaq bağçası” MMC – yə məxsus 210 yerlik uşaq bağçasını, Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Göygöl Olimpiya idman kompleksi” – ni, Ədliyyə Nazirliyinin sifarişi ilə “Gədəbəy rayon məhkəmə binası” – nı tam şəkildə inşa edib təhvil verilmişdir.
Eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf fondunun (MKSİF) sifarişi ilə Bakının Qaradağ və Abşeron rayonlarında, habelə Gəncədə və Göygöldə, Mingəçevirdə, Bərdə, Yevlax, Goranboy və Ağcabədidə minlərlə məcburi köçkünlər üçün yaşayış binaları tikilib istifadəyə verilmişdir.
Hal – hazırda “Akkord General Construction” MMC tərəfindən Ədliyyə Nazirliyinin sifarişi ilə Binəqədi rayon məhkəməsinin yeni inzibati binasının, Məcburi Köçkünlərin Sosial İnkişaf fondunun (MKSİF) sifarişi ilə Qazax rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün yaşayış binasının, Sabirabad rayonu ərazisində 40 ədəd fərdi yaşayış evinin tikintisi davam etməkdədir.
Bütün bunlarla yanaşı, “Akkord General Construction” MMC yaxın gələcəkdə bir sıra tikinti – quraşdırma işlərinə başlamağa tam hazırdır. İnşa ediləcək yeni layihələrə misal olaraq Bakı şəhəri, Qaradağ rayonu, Xocasən – Lökbatan yolunun şərqində yerləşən “Yeni Xocasən”, Abşeron rayonu, Novxanı kəndi, “Novxanı Park”, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, 76 ünvanda yerləşən “Mərdəkan Bağları”, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi “Badamdar Konion” yaşayış komplekslərinin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 12 ünvanda yerləşən “Biləcəri Bazalt” yaşayış binasının və Şəki şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının adlarını çəkmək olar.