İnşaat və istehsal kimi önəmli sahələri hərtərəfli əhatə edən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının son illərdə yaradılmış lakin uğurla fəaliyyət göstərən şirkətlərindən biri də “Akkord Hydrotechnical Construction Company” MMC – dir. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.
2010 – cu ildən başlayaraq “Akkord Hidrotechnical Construction Company” respublikamızın 5 rayonunda “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində tikinti – quraşdırma işlərini həyata keçirməkdədir. Bunlardan 2 rayonda işlər tamamlanaraq istismara verilmişdir. 3 rayonda isə tikinti işləri davam edir. Bu layihə üzrə toplam su xəttinin uzunluğu 1 043 772.0 m, kanalizasiya xəttinin uzunluğu 917 343.0 m təşkil etməkdədir. Layihəyə görə, eyni zamanda, gücü 6400 m3/gün, 5900 m3/gün, 10000 m3/gün, 11300 m3/gün, 77760 m3/gün olan çirkab su təmizləyici qurğuların işə salınması, 11 ədəd subartezian quyusunun qazılması, habelə, tutumu 1000 m3, 2500 m3, 5000 m3 olan su anbarları, inzibati və xidmət binaların tikilməsi nəzərdə tutulmuş və artıq işlərin əsas hissəsi görülmüşdür.
Ölkəmizin içməli suya olan tələbatını hər zaman göz önündə tutan “Akkord Hidrotechnical Construction Company” MMC qabaqcıl texnologiyaları, keyfiyyətli məhsulları və ən əsası peşəkar kadrları ilə bu işdə öz töhfəsini verməkdə davam edəcəkdir.