AZ

“Körpü Tunel Tikinti” MMC

Düzgün nəqliyyat infrastrukturunun qurulması, daxili yollar, körpü, tunel, mikrotunel, yeraltı və yerüstü keçidlərin inşası ölkəmizdə uğurla həyata keçirilməkdədir. Bu növ layihələrin bir çoxunun icrasında “Akkord Körpü Tunel Tikinti” MMC – nin böyük payı vardır. Bakı şəhərində Heydər Əliyev prospekti ilə Babək prospekti və Yusif Səfəov küçələrinin kəsişməsində körpü – tunel kompleksinin, Bakı şəhəri Qələbə meydanında müxtəlif səviyyəli tunel tipli yol qovşağının və piyada keçidlərinin, Bakı şəhəri Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində tunel tipli yol qovşağının tikintisi kimi irimiqyaslı layihələr bu gerçəkləşdirilən işlərdəndir. Bununla birlikdə, “Akkord Körpü Tunel Tikinti” MMC yalnız ölkə paytaxtında deyil, regionlarda da bir sıra respublika əhəmiyyətli avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsini uğurla gerçəkləşdirmişdir. Qazax – Gürcüstan sərhədi avtomobil yolunun yenidənqurulması və təkmilləşdirilməsi, Gəncə dairəvi avtomobil yolunun yenidənqurulması və təkmilləşdirilməsi, Bakı – Şamaxı – Muğanlı avtomobil yolunun yenidənqurulması və təkmilləşdirilməsi bu deyilənlərə əyani örnəkdir. Şirkət yalnız ölkə daxilində deyil, ölkə xaricində də önəmli təcrübəyə malikdir. Bu təcrübə Gürcüstan və Qazaxıstanda uğurla həyata keçirilən layihələr hesabına qazanılmışdır.

Hal – hazırda “Akkord Körpü Tunel Tikinti” MMC Bakı, Sumqayıt və Lənkəran şəhərlərində dirək (svay) qazma və betonlama işlərini, Siyəzən rayonu, Siyəzən – Çəndəhar avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Ataçay çayının üzərindən keçən körpünün tikintisi işlərini, Bakı şəhərində inşa edilmiş yol qovşaqlarına texniki xidmət və tamalama işlərini yerinə yetirməkdədir.

All rights reserved © 2005-2021.