Azərbaycan xalqının Ümummilli lideri, dünya siyasətinin tanınmış simalarından olan Heydər Əliyevin vəfat etməsinin 18-ci ildönümü “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi tərəfindən qeyd edilib.
Hər il olduğu kimi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbərliyi və əməkdaşları bununla əlaqədar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə qızılgül çələngi qoyublar.