AZ

İşçi kollektivinin motivasiya olunması – biznesin idarə edilməsi prosesinin ən vacib elementlərdəndir.

Müasir işgüzar mühitdə şirkətdaxili korporativ tədbirlərin keçirilməsi komanda üzvləri arasında birliyin gücləndirilməsi üçün vacib bir üsula çevrilmişdir. Bu, həm də istehsalat və ofis insanları arasında kommunikasıyanın yaxışlaşdırılması və bilavasitə biznesi inkişaf etdirmək üçün ən optimal vasitədir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC hər zaman sahib olduğu ən vacib kapitalının insan resursu olduğunun fərqində olmuş və fəaliyyətini insan resurslarının idarəolunması üçün lazımi vasitələrdən səmərəli istifadə etməklə qurmuşdur.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC işçilər arasında kommunikasiyanın gücləndirilməsi və əmək kollektivi arasında olan komanda ruhunun möhkəmləndirilməsi məqsədilə, dekabr ayında bir sıra korporativ tədbirlər təşkil etmişdir.

Tədbir, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Port of Baku) arasında bağlanılmış qarşılıqlı razılaşma əsasında, "Liman İcmasının Qayğıları" proqramı əsasında təşkil olunmuşdur. Bu proqram çərçivəsində, “Corporate Wild Camp” və “Corporate Kitchen” mövzuları üzrə tədbirlər təşkil olunmuşdur.

24-25 dekabr 2021-ci il tarixlərində Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside” otelində təşkil olunmuş “Corporate Wild Camp” tədbirində şirkətin 30-dan çox əməkdaşı iştirak etmişdir. Əsasən ofis və tikinti sahəsindən ibarət olan heyət üçün  bir çox interaktiv əyləncəli oyun və aktlar həyata keçirilmişdir.

Proqram çərçivəsində ikinci mərhələ üzrə tədbir 04-05 yanvar 2022-ci il tarixlərində Şamaxı şəhərində yerləşən “Şamaxı Palace Şaradil” otelində “Corporate Kitchen” mövzusu üzrə keçirilmişdir. Bu tədbirdə də şirkətin 30-dan çox əməkdaşı iştirak etmişdir. Tədbir, Azərbaycan Kulinariya Mütəxəssisləri Asossasiyasının, eləcə də Slow Food Aşpazlar Alyansının üzvü Vüsal Talıbzadənin rəhbərliyi altında həyata keçirilmişdir.

Yuxarıda qeyd olunan məsələlərə əsasən qeyd etmək istəyirik ki, müəssisədaxili motivasiyanın yüksək səviyyədə saxlanılması, işçilərin bir-biri ilə əlaqələrinin gücləndirilməsi, komanda ruhunun artırılması və işçilərin sosial rifahının yaxşılaşdırılması Korporasiya Rəhbərliyinin daim xüsusi diqqətində olmuşdur. Korporasiyanın əmək kollektivi Rəhbərlik tərəfindən onlar üzərində olan bu qayğı və diqqəti hər zaman hiss etmiş və öz dərin təşəkkürlərini bildirmişdirlər.

All rights reserved © 2005-2021.