AZ

Qələbə meydanı müxtəlif səviyyəli yol qovşağı

Nəqliyyat Nazirliyi Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə daha bir tender keçirmişdir. “Gənclik” metro stansiyasının ətrafındakı “Qələbə meydanı” və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan bu layihə üzrə tenderin qalibi “Akkord” Şirkətlər Qrupu olmuşdur.

Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni layihə ərazidə 5 tunelin və üçmərtəbəli yeraltı avtomobil dayanacağının inşasını, həmçinin əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, “Gənclik” metro stansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçiriləcəkdir. Bu məsələ artıq Bakı Metropoliteninin rəhbərliyi ilə razılaşdırılmışdır.

Layihə üzrə işlərə bu ilin aprelində başlanacaqdır. Plana əsasən, “Akkord” Şirkətlər Qrupu tərəfindən ilk olaraq ərazidə mövcud çoxsaylı kommunukasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçiriləcəkdir.

Ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırmamaq üçün layihə üzrə ərazidə 2 tunel inşa ediləcəkdir. Bundan sonra isə, ardıcıl olaraq 3, 4 və 5 saylı tunellərin inşası həyata keçiriləcəkdir. Ərazidə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulmuşdur. Ərazidə işlərin aparılması üçün artıq şirkətin mütəxəssislər qrupu, 200-ə yaxın işçisi və 40-a yaxın texnikası səfərbər olunmuşdur. Hazırda tikinti ərazisində hasarlama işləri həyata keçirilir.

All rights reserved © 2005-2021.